İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində təsis edilmiş Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair Kontakt Qrupunun ilk iclası keçirilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, BMT Baş Məclisinin 71-ci sessiyası çərçivəsində keçirilən iclasa İƏT-in baş katibi İyad bin Amin Mədəni sədrlik edib. Kontakt Qrupunun tərkibinə yeddi dövlət – Türkiyə, Mərakeş, Səudiyyə Ərəbistanı, Pakistan, Malayziya, Qambiya və Cibuti daxildir. Coğrafi təmsilçilik prinsipi ilə götürdükdə İƏT çərçivəsində olan bütün regionlar qrupda təmsil olunub. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iclasda çıxış edib. Nazir çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixinə nəzər salıb. O deyib ki, Ermənistan Azərbaycana qarşı müharibə başladıb və güc tətbiq edib. Nəticədə Azərbaycanın Dağlıq Qarabağ regionu və yeddi ətraf rayonu da daxil olmaqla, ərazisinin beşdəbirini işğal edib, bir milyondan çox azərbaycanlını didərgin salmaqla işğal olunmuş ərazilərdə etnik təmizləmə aparıb və münaqişə dövründə digər ağır cinayətlər törədib. Beynəlxalq ictimaiyyət Azərbaycana qarşı hərbi güc tətbiqini və nəticə olaraq ərazilərinin işğalını dəfələrlə pisləyib. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Azərbaycana qarşı güc tətbiqini və ərazilərinin işğalını qınayan, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını bir daha təsdiq edən 822, 853, 874 və 884 saylı qətnamələr qəbul edib. Bu qətnamələrdə Təhlükəsizlik Şurası bir daha Dağlıq Qarabağ regionunun Azərbaycanın ayrılmaz hissəsi olduğunu təsdiq edib və işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib. BMT Baş Assambleyası münaqişəyə dair üç qətnamə (1993-cü il 20 dekabr tarixli, 48/114 saylı, 2006-cı il 7 sentyabr tarixli, 60/285 saylı və 2008-ci il 14 mart tarixli, 62/243 saylı) qəbul edib və 2004-cü ildən etibarən “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı xüsusi bənd BMT Baş Assambleyası sessiyalarının gündəliyinə daxil edilib. Ermənistan və Azərbaycan arasında münaqişə baş verdikdən sonra İƏT BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsaslanaraq, Ermənistanın Azərbaycan ərazilərindəki hərəkətlərini açıq-aşkar təcavüz adlandırıb, Azərbaycana qarşı güc tətbiqini və onun ərazilərinin işğalını ən kəskin şəkildə pisləyib. Silahlı münaqişənin başlanmasından iyirmi dörd il keçib. Buna baxmayaraq, BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının qətnamələrinə, İƏT və digər beynəlxalq təşkilatların qərarlarına və ayrıca dövlətlərin mövqelərinə məhəl qoymayaraq və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərini kobud şəkildə pozaraq Ermənistan Azərbaycan ərazilərini qanunsuz şəkildə işğal altında saxlamaqda davam edir. Ermənistan işğal edilmiş ərazilərdə öz hərbi potensialını gücləndirməklə, əraziləri demoqrafik, mədəni və fiziki cəhətdən dəyişməklə, zorla didərgin salınmış yüz minlərlə azərbaycanlı əhalinin öz doğma yurd-yuvalarına və mülklərinə qayıtmasının qarşısını almaqla işğala əsaslanan mövcud status-kvonu daha da möhkəmləndirmək üçün səy göstərməkdə davam edir. Bundan əlavə, atəşkəsin müntəzəm şəkildə pozulması, Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xətti və iki dövlət arasındakı sərhəd boyunca yerləşən şəhər və kəndlərə hücumlar son zamanlar daha mütəmadi və zorakı xarakter alıb və çoxlu sayda azərbaycanlı mülki əhalinin öldürülməsi və yaralanması ilə nəticələnib. Ən son bu il aprel ayının əvvəllərində Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı genişmiqyaslı hücumlar həyata keçirib. Aprel hadisələri açıq şəkildə göstərdi ki, beynəlxalq ictimaiyyət tərəfindən qeyri-davamlı və qəbuledilməz hesab olunan status-kvo təhlükəlidir və gözlənilməz nəticələrlə hər an gərginliyin artması ehtimalı var. Ermənistan anlamalıdır ki, status-kvo və silahlı təxribatlara uymaq çox ciddi səhvdir. Azərbaycan Ermənistandan işğal olunmuş ərazilərdə öz hərbi mövcudluğunu dayandırmağı və həlli uzanmış münaqişənin siyasi həllini tapmaq üçün xoş niyyətlə Azərbaycanla danışıqlara başlamağı gözləyir. Ermənistan öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən nə qədər tez çıxarsa, bir o qədər regional təhlükəsizlik üçün faydalı olar. Nazir deyib: “Ermənistanı beynəlxalq öhdəliklərini yerinə yetirməyə məcbur etmək üçün birgə səy göstərilməsinin və Ermənistanın təcavüzünə və Azərbaycan ərazilərinin işğalına son qoymaq üçün belə effektiv siyasi və iqtisadi tədbirlər görmək məqsədilə İƏT tərəfindən üzv dövlətlərə və beynəlxalq ictimaiyyətə davamlı çağırışlar edilməsinin vacibliyini nəzərə alaraq, İƏT Kontakt Qrupunun təsis edilməsi və onun effektiv fəaliyyəti böyük əhəmiyyətə malikdir. Biz inanırıq ki, bu Kontakt Qrupu çərçivəsində müzakirələr müvafiq İƏT qətnamələrinin həyata keçirilməsinə öz töhfəsini verəcək və bu xüsusda İƏT üzv dövlətlərinin ayrıca və birgə səylərini tarazlaşdırmağa kömək edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…