Konqo Demokratik Respublikasında hökumət əleyhinə keçirilən aksiyalar davam edir. Apa-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, polis paytaxt Kinşasada keçirilən aksiyaya müdaxilə edib, mitinqi dağıtmaq istəyib. Bu zaman mitinq iştirakçıları ilə təhlükəsizlik qüvvələri arasında silahlı toqquşma baş verib. Yerli hüquq-müdafiə təşkilatları qarşıdurmada 37 aksiya iştirakçısı və 6 polisin öldüyü barədə məlumat yayıb. Rəsmi məlumatlarda ölənlərin sayının 32 olduğu bildirilib. Lakin Belçika mətbuatına açıqlama verən müxalifət lideri toqquşmalarda 100 nəfərin öldüyünü deyib. Etiraz aksiyalarına səbəb daha əvvəl iki dəfə prezident seçilmiş Josef Kabilanın üçüncü dəfə namizəd ola bilmək üçün Konstitusiyanı dəyişdirməyə cəhd etməsidir. Jozef Kabila ilk dəfə 2001-ci ildə ölkə prezidenti olub. O, bu vəzifədə olmuş atası Loran Kabilanı əvəzləyib. Loran Kabila 2001-ci ildə vəfat edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…