Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Tərcümə Mərkəzi yaradılıb. UNEC-dən Apa-ya bildirilib ki, mərkəz dünyanın aparıcı universitetlərində tədris edilən müvafiq iqtisadi dərslik və dərs vəsaitlərinin ingilis, fransız, alman və rus dillərindən Azərbaycan dilinə tərcüməsini təmin edəcək. Eyni zamanda həmin vəsaitlərin dərc olunması, müəllim və tələbələrin yeni iqtisadi ədəbiyyatlarla təmin edilməsi işini də mərkəz həyata keçirəcək. Həmçinin ingilis-azərbaycan, fransız-azərbaycan, rus-azərbaycan, alman-azərbaycan dillərində iqtisadi lüğətlər tərtib edərək UNEC-in kitab fondunu zənginləşdirəcək. Tərcümə Mərkəzində universitet əməkdaşları və tələbələr üçün xarici dil kursları, “Conversation club”lar fəaliyyət göstərəcək.
UNEC Tərcümə Mərkəzində tərcümə sahəsinə aid müxtəlif konfransların keçirilməsi, fəaliyyət istiqamətinə uyğun rəy vermək, təhlil və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyatı qurumları ilə əməkdaşlıq etmək, fəaliyyət istiqamətlərinə uyğun beynəlxalq təcrübələri öyrənmək də nəzərdə tutulub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…