Oktyabrın 7-də Baku Ekspo Mərkəzində 10-cu Azərbaycan Beynəlxalq təhsil sərgisi açılıb. Azərtac xəbər verir ki, tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov ölkəmizdə onuncu dəfə təşkil edilən sərginin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, bugünkü yubiley tədbiri Təhsil Nazirliyinin rəsmi dəstəyi, “Caspian Event Organisers” (“CEO”) şirkətinin təşkilatçılığı ilə reallaşdırılıb. Sərgidə Dövlət Neft və Sənaye, Texniki, İqtisad, Bakı Biznes, Memarlıq və İnşaat, Texnologiya, Gəncə Dövlət universitetləri və ölkəmizin digər ali məktəbləri stendləri ilə təmsil olunur. Həmçinin “EduGuide” Azer-baijan və “CELT Colleges” şirkətləri xaricdə təhsil proqramını təqdim edəcəklər. Təhsil Nazirliyinin stendlərində “Maarifçi”, “SABAH”, “Azərbaycan üçün öyrət” və “Bir könüllü” layihələri barədə məlumat verilir. Bu il təhsil sərgisində Azərbaycan, Almaniya, Latviya, Litva, Polşa, Macarıstan, İordaniya ali təhsil müəssisələrinin, kollec və başqa təhsil təşkilatlarının nümayəndələri tədbir iştirakçılarını təhsil proqramları ilə tanış edəcəklər. Qeyd olunub ki, sərgidə milli stendlərlə Türkiyə (Study in Turkey), Polşa (“Go Poland”) və Litva (“Study in Lithuania”) çıxış edəcək. Sərgi çərçivəsində iştirakçılara bakalavriat, magistratura, aspirantura, eləcə də ikinci ali təhsil və MBA proqramları, o cümlədən işgüzar xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramları təqdim olunub. Təhsil sərgisi oktyabrın 9-dək davam edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…