Sumqayıt Dövlət Universiteti (SDU) və AMEA-nın Polimer Materialları İnstitutu (PMİ) arasında uzun illər aparılan elmi əməkdaşlığın səviyyəsini, səmərəliliyini artırmaq məqsədilə SDU-da Elm və Tədris Mərkəzi açılıb. SDU-nun mətbuat xidmətindən Azərtac–a bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə universitetin rektoru, professor Elxan Hüseynov və AMEA-nın müxbir üzvü, PMİ-nin direktor vəzifəsini icra edən Bəxtiyar Məmmədov mərkəzin açılışını edərək, əməkdaşlıq müqaviləsi imzalayıblar. Bildirilib ki, mərkəzin yaradılmasında məqsəd SDU-da tədris prosesinin elmi-tədqiqatla əlaqələndirilməsi, elm və təhsilin istehsalatla inteqrasiyasının gücləndirilməsi, tələbə və magistrantlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan təcrübi bilik, bacarıq və vərdişlərin formalaşdırılması, kimya və ekologiya sahələrində istehsalat və elmi yeniliklərin, innovasiyaların tədris prosesinə cəlb edilməsi, birgə elmi-tədqiqatların aparılması, universitet və institut arasında elmi-tədqiqat və kadr hazırlığı sahəsində əməkdaşlığın yaradılması və inkişaf etdirilməsindən ibarətdir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…