Azərbaycan Tibb Universitetinin (ATU) klinikalarına bu il qəbul olunmuş rezidentlərlə görüş keçirilib. Universitetin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, tədbirdə rezidentura təhsilinin təşkili qaydaları haqqında ətraflı məlumat verilib. ATU-nun rezidentura şöbəsinin müdiri, dosent Rizvan Məmmədov bildirib ki, rezidentlər artıq gələcəyin yüksəkixtisaslı həkimləridir. Onlar üzərlərinə düşən öhdəlikləri layiqincə yerinə yetirməlidirlər. Çünki bu klinikalarda lazımi şərait müasir standartlara uyğun qurulub və rezidentlərin həm nəzəri, həm də praktiki vərdişlərə yiyələnmələri üçün hər cür imkan yaradılıb. Xarici ölkələrdə keçirilən elmi konfranslarda hansı rezidentlərin iştirak edəcəyinə gəlincə, R.Məmmədov deyib ki, əsasən elmi biliklərin mənimsənilməsində daim fəallıq göstərən və xəstələrlə mütəmadi təmasda olan rezidentlər bu kimi konfranslarda iştirak edə biləcəklər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…