Gənclər və idman naziri Azad Rəhimov oktyabrın 11-də Göyçay rayonunda vətəndaşları qəbul edib. Qəbulda Mingəçevir, Yevlax, Ağdaş, Ağsu, Bərdə, Göyçay, Kürdəmir, Tərtər, Ucar, Zərdab şəhər və rayonlarından 30-a yaxın sakin iştirak edib. Azərtac xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən qəbulda vətəndaşlar gənclər, idman sahələri, iş ilə təminat, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul, ipoteka kreditlərinin verilməsi və digər məsələlərlə bağlı müraciət ediblər. İdman sahəsində edilən müraciətlər fəxri adların, məşqçi dərəcələrinin verilməsi, idmançıların beynəlxalq yarışlarda iştirakına yardım göstərilməsi, idman mərkəzlərinin, Olimpiya İdman komplekslərinin idman avadanlıqları ilə təminatı, rayonlarda Uşaq Gənclər İdman mərkəzlərinin yaradılması, təmirə ehtiyac duyulan idman mərkəzlərinin təmir edilməsi, hərbi vətənpərvərlik mövzusunda idman yarışlarının keçirilməsi və s. ilə bağlı olub. Qəbulda vətəndaşları narahat edən bəzi məsələlər yerindəcə həllini tapıb, gənclər və idman nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…