“Aşura günü biz daha da əzəmətli olmalıyıq, düşmənə, zülmə qarşı birləşməliyik”. Apa-nın xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Şeyxülislam Allahşükür Paşazadə deyib. Aşura günü ilə bağlı “Təzəpir” məscidində keçirilən qanvermə aksiyasında iştirak edən Allahşükür Paşazadə bildirib ki, hər il bu aksiyalarda qan verənlərin sayı artır: “Bu, həm imanın artması, həm də dövlət-din münasibətlərinin yüksək səviyyədə olması deməkdir. Bu aksiyada məzhəbindən, dinindən asılı olmayaraq hər kəs iştirak edir. Bizim qanvermə aksiyası bütün dünyada bəyənilir. Artıq İranda, Türkiyədə də Aşura günü belə aksiyalar keçirilir”. QMİ sədri deyib ki, əvvəllər məscidlər az olduğuna görə insanlar Aşura günü küçələrə çıxırdı, indi isə Azərbaycanda məscidlər çoxaldığına görə, mərasimlər məscidlərdə qeyd olunur: “Ehtiyac olan yerlərdə yeni məscidlər də acılacaq”.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…