BMT-nin yeni seçilmiş baş katibi Antonio Quterreş France-24 telekanalına müsahibəsində qurumda islahatların zəruri olduğunu bildirib. TASS informasiya agentliyi xəbər verir ki, yeni baş katib müsahibəsində islahatla bağlı mövqeyini açıqlayıb: BMT-dən onun mənəvi güc qismində real nüfuzunu təmin etmək üçün funksionallığını yenidən nəzərdən keçirmək, çatışmazlıqları analiz etmək, yerlərdəki real vəziyyətin dəyişməsinə nail olmaq tələb edilir. “Birləşmiş Millətlər Təşkilatında islahatlar artıq həyata keçirilir və BMT-nin maksimal effektivliyinə nail olmaq üçün onun davamını təmin etmək lazımdır”, – deyə siyasətçi bildirib. Bununla yanaşı, Antonio Quterreş qeyd edib ki, əsasən də BMT-nin qaçqınların işi üzrə Ali komissarlığında aparılacaq islahatlar “bürokratik aparatın təminatına daha az, real fəaliyyətlərə, ölkə və regionlarda yaşayan xalqların ehtiyaclarının ödənilməsinə daha çox resurs ayrılmasını” təmin etməlidir. “Bu asan məsələ deyil, lakin mən onun yerinə yetirilməsi üçün səylərimi əsirgəməyəcəyəm, – deyə BMT-nin yeni başçısı bildirib. Suriya böhranına da toxunan Quterreş qeyd edib ki, bu münaqişənin nizamlanması BMT-nin gələcək fəaliyyətində prioritet məqsədlərdən biri olmalıdır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…