Gənclər üçün Təhsil Mərkəzi Qarabağ regional ofisi, “Xəzər Qayğıkeşlik Layihəsi” Humanitar İctimai Birliyi və “Azercell”in Mobil Göz klinikası tərəfindən Ağcabədi rayonunda aztəminatlı və əlilliyi olan uşaqlar üçün təmənnasız göz müayinəsi təşkil olunub. Azərtac xəbər verir ki, layihə çərçivəsində 6-12 yaş arası ümumilikdə 40-dan çox uşaq və yeniyetmə həkimlər tərəfindən profilaktiki yoxlamadan keçirilib və onlar üçün müayinə kursu təyin olunub. “Azərbaycanda uşaqlar üçün ədliyyə mexanizmlərindən istifadənin dəstəklənməsi” proqramı çərçivəsində həyata keçirilən layihənin məqsədi BMT tərəfindən qəbul edilmiş Uşaq Hüquqları Konvensiyasına uyğun olaraq, uşaqların inkişaf, sağlamlıq və müdafiə hüquqlarının qorunmasının təşkilidir. Bundan başqa, uşaqlar üçün məktəbəqədər tədris metodikası tətbiq olunaraq onların intellektual, fiziki və psixoloji inkişafına şərait yaradılacaq. Qeyd edək ki, Gənclər üçün Təhsil Mərkəzinin, UNICEF-in Azərbaycandakı ofisinin, Avropa İttifaqının, Azərbaycan hökumətinin, “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin və Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin birgə reallaşdırdığı “Azərbaycanda uşaqlar üçün ədliyyə mexanizmlərindən istifadənin dəstəklənməsi” layihəsinin əsas məqsədi regionlarda yuvenal ədliyyə sistemini inkişaf etdirməkdir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…