ABŞ İranın üçüncü ölkələrlə neft ticarətinə tətbiq etdiyi sanksiyaları ləğv edib. Bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı məlumatda bildirilir. Məlumata görə, sanksiyalar İran neftini əldə edən və ya İran iqtisadiyyatının neft sahəsinin tələbatları üçün müvafiq məhsullar satan üçüncü dövlətlərin nümayəndələrinin üzərindən götürüləcək.
Beynəlxalq fəaliyyətlə məşğul olan istənilən şirkətə qarşı birtərəfli qaydada tətbiq edilən sanksiyalar ABŞ-a İran iqtisadiyyatını ciddi şəkildə məhdudlaşdırmağa imkan verirdi.
Sanksiyaları ləğv etməklə ABŞ İranın nüvə proqramı ilə beynəlxalq saziş üzrə üzərinə götürdüyü öhdəlikləri icra edir.
ABŞ İrana qarşı sanksiya siyahısından 400-dək şirkət və fiziki şəxsi çıxarıb. Bu barədə jurnalistlərə ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi bildirib. “ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi ABŞ İrana dair sanksiya siyahısından 400-dək şirkət və fiziki şəxsi çıxarıb, lakin 200-dək İranla əlaqəli şəxs siyahıda qalacaq”, deyə məmur bildirib.
İrana 50 mlrd. dollar məbləğində dondurulmuş aktivlərinə sahib olmaq hüququ verilib.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…