Cəbhəyanı rayonlarda yaşayan əhali üçün “Elektron hökumət” mövzusunda seminarlar keçiriləcək. Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN) Azərtac-a bildirilib ki, oktyabrın 21-22-də Bərdə və Tərtər, noyabrın 4-5-də isə Ağdam və Goranboy rayonlarında baş tutacaq seminarların keçirilməsində məqsəd “Elektron hökumət”, elektron xidmətlər barədə region əhalisinə məlumat vermək, əhalini bu sahədə həyata keçirilən islahatlardan faydalanmağa dəvət etməkdir. RYTN Məlumat Hesablama Mərkəzinin, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə dəstəyi ilə “Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyi tərəfindən təşkil olunan seminarlar məmur-vətəndaş təmasının maksimum azaldılmasına, şəffaflığın və rüşvətxorluğun aradan qaldırılmasına istiqamətlənən dövlət siyasətinə ictimai dəstək məqsədi daşıyır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…