Oktyabrın 22-də Bakıda “British Council-Azərbaycan” təşkilatı tərəfindən yeddinci “Birləşmiş Krallıqda təhsil” sərgisi açılıb. Azərtac xəbər verir ki, sərginin açılış mərasimində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri xanım Kerol Krofts ölkələrimiz arasında təhsil əlaqələrinin əhəmiyyətindən danışıb. Böyük Britaniyanın universitetləri, digər təhsil ocaqları barədə məlumat verən K.Krofts dünyanın ən nüfuzlu təhsil müəssisələri arasında onların layiqli yer tutduğunu diqqətə çatdırıb. Səfir Böyük Britaniya universitetlərində müxtəlif ölkələrdən olan gənclərlə yanaşı, azərbaycanlı tələbələrin də təhsil aldıqlarını söyləyib. Qeyd edilib ki, hər il təxminən 600 min gənc ingilis dilini mükəmməl öyrənmək üçün Böyük Britaniyaya gəlir. “British Council” təşkilatının Azərbaycan üzrə rəhbəri xanım Elizabet Vayt xaricdə təhsil imkanlarının ilbəil artdığını diqqətə çatdırıb. E.Vayt tədbirin keçirilməsinin məqsədi və əhəmiyyətindən bəhs edib. Oktyabrın 23-də başa çatacaq sərgidə Birləşmiş Krallığın 17 universitet, məktəb və kolleci iştirak edir. Təhsil müəssisələrinin nümayəndələri Böyük Britaniyada ali təhsil pillələri, kollec və orta məktəb təhsili, qısa və uzunmüddətli ingilis dili kursları, yay məktəbləri barədə iştirakçılara məlumat veriblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…