“İnsan özünün və gələcək övladının düşməni olmalı deyil. Nikahdan qabaq düzgün tibbi müayinədən keçmək gələcək cütlüyün özü və övladının sağlamlığı üçün lazımdır. Nikaha girmək istəyən gənclərin nikahdan öncə tibbi müayinədən hansısa yollarla yayınması genofondumuza böyük zərbə vura bilər”.
Bu barədə modern.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev danışıb.
Deputat nikah öncəsi gəncləri tibbi yoxlamaya salmadan yalançı arayış verən həkimlərin və tibb müəssisələrinin məsuliyyət daşıdığını deyib:
“Nikah öncəsi tibbi yoxlamanın ayrı cür yola verilməsi mümkün deyil. Yalandan gedib arayış almaqla bu iş olmaz. Əgər gələcəkdə uşaq doğulanda hansısa ciddi fəsadlı xəstəlik olsa, o məsuliyyət birbaşa olaraq vaxtilə ailə qurmağa hazırlaşan gənclərə arayış vermiş həkimin və tibb müəssisəsini üstündə qalır. İnanmıram ki, tibb müəssisləri buna getsin. Vətəndaşlarımız özləri də şüurlu şəkildə öz xəstəliklərini bilə-bilə ailə qurub özlərini və doğulacaq övladlarını bədbəxt etməməlidirlər.
Nikahdan qabaq tibbi müayinə üçün dövlət də bütün xərcləri öz üzərinə götürür. Müayinələr də tam pulsuzdur. Bakıda ixtisaslaşmış müayinələr lazımdırsa onlar da hamısı dövlət vəsaiti hesabına həyata keçirilir”.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Messi influenzato…
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
“Вниз по течению”…