Laçınlı məcburi köçkünlərin problemlərinin öyrənilməsi və vaxtında həll olunması daim diqqət mərkəzində saxlanılır. Laçın rayon rəhbərliyi tərəfindən köçkünlərin məskunlaşdıqları şəhər və rayonlarda mütəmadi olaraq görüşlər keçirilir, əhalini narahat edən məsələlərin həlli məqsədilə lazımi tədbirlər görülür. Azərtac xəbər verir ki, növbəti görüş rayon İcra Hakimiyyəti Aparatının məsul işçilərinin, idarə, müəssisə, təşkilat rəhbərlərinin, ərazi icra nümayəndələrinin iştirakı ilə Qaradağ rayonunun Ümid qəsəbəsində keçirilib. Tədbirdə çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli məcburi köçkünlərə göstərilən dövlət qayğısından, onların problemlərinin həlli, sosial rifah və mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Laçın Rayon İcra Hakimiyyətinin rəhbərliyi məcburi köçkünlərin müraciətlərini dinləyib, problemləri ilə maraqlanıb. Qəbul-görüşdə 94 məcburi köçkün iştirak edib, 16 nəfərin müraciəti dinlənilib. Qaldırılan məsələlərə baxılması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib. Məcburi köçkünlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…