Cəlilabadlı gənc dünyanın ən qabaqcıl avtomobil şirkətlərindən olan “Lamborghini” üçün yeni avtomobil dizaynı hazırlayıb. Azərtac xəbər verir ki, rayon sakini 31 yaşlı Elçin Quliyev ilk dəfə 2010-cu ildə “Cadillac ats” avtomobilinin yeni dizaynını işləyib və eskizi şirkətin Moskva filialına göndərib. Eskiz şirkət nümayəndələrinin diqqətini cəlb edib və avtomobilin 3D formatında şəklini istəyiblər. Amma Elçin kompüter proqramını bilmədiyindən eskizi 3D formatında işləyə bilməyib. Bu yaxınlarda isə o, kartondan yeni dizaynda “Lamborghini” avtomobili hazırlayıb. Dörd aya ərsəyə gətirdiyi avtomobil dizaynı motor həcmi 6.7 litr olmaqla, 700 at gücünə hesablanıb. Hətta o, avtomobilinə ad da verib – “VİSİYON AS 70”. Əsasən “SPEED CAR” modellərini işləməyə üstünlük verən Elçin digər avtomobillərin də yeni dizaynı üzərində çalışır. Dizayner yaxın günlərdə müəllif hüququ almaq üçün Müəllif Hüquqları Agentliyinə müraciət edəcək. Sonra hazırladığı modeli “Lamborghini” avtomobil şirkətinə göndərəcək. Şirkətdən müsbət cavab alacağına inanan Elçinin ən böyük arzusu Azərbaycanı Avropada avtomobil dizaynı üzrə müsabiqələrdə təmsil etməkdir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…