Bakı Ali Neft Məktəbində (BANM) “Schneider Electric” şirkətinin mütəxəssisləri tərəfindən seminar keçirilib.BANM-dən Azərtac-a bildiriblər ki, SOCAR-ın proseslərin avtomatlaşdırılması məsələləri ilə məşğul olan struktur bölmələrinin əməkdaşları üçün təşkil olunan seminarda “Azneft” İstehsalat Birliyinin, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin və digər qurumların nümayəndələri, eləcə də bu ali məktəbin müəllimləri və tələbələri iştirak ediblər. BANM-in tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov diqqətə çatdırıb ki, bu ali təhsil ocağında “Schneider Electric” şirkəti tərəfindən keçirilən seminarlar artıq ənənə halını alıb. Bu cür tədbirlərin tez-tez keçirilməsinin vacibliyini vurğulayan prorektor seminar iştirakçılarına uğurlar arzulayıb. Sonra şirkətin Rusiyadan dəvət olunmuş ekspertlərinin – MDB ölkələri üzrə proseslərin avtomatlaşdırılması marketinqi və biznesin inkişafı üzrə menecer Natalia Nelse, MDB ölkələri üzrə İD PAC məhsul meneceri Nikolay Sobol və baş texniki məsləhətçi Yuri Serebrennikovun mühazirələri dinlənilib, müzakirələr aparılıb. Tədbirdə, həmçinin “Telemetriya, məsafədən SCADA və simsiz sensorlar” və “Neft və qaz sənayesi üçün Modicon M580 kontrollerlərin yeni nəsli” mövzularında dinlənilən məruzələr maraqla qarşılanıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…