Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) pediatrlar, neonatoloqlar və reanimatoloqlar üçün anadangəlmə ürək qüsurlarının diaqnostikası və müalicəsinə dair ongünlük təlim keçirilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, təlimdə ADHTİ-nin, M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisləri və beynəlxalq ekspertlər iştirak ediblər. Təlimdə uşaqlarda aritmiyaların diaqnostikası və müalicəsi, invaziv kardioloji müdaxilələr, eləcə də anadangəlmə ürək qüsurlarının erkən diaqnostikası və cərrahiyyə yolu ilə müalicəsi, ürək qüsuru ilə doğulmuş körpələrin intensiv terapiyası və reanimasiyasının əsasları və s. mövzularda müzakirələr aparılıb. Mövzu üzrə növbəti təlim kursu 2017-ci ilin fevral ayında keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…