Dünya Səhiyyə Təşkilatının məlumatı…

14 Noyabr 2016 10:18

Xəbər 1003 dəfə oxunub

BMT bütün dünya ölkələrini uşaqları qızılcadan qorumaq üçün immunlaşdırma üzrə fəaliyyətlərini gücləndirməyə çağırıb. BMT-nin saytı xəbər verir ki, 2000-ci ildən 2015-ci ilədək qızılcadan ölüm halları 79 faiz azalsa da, hələ də bu təhlükəli virusdan hər gün təxminən 400 uşaq ölür. “Qızılcanın qarşısının alınması mümkündür. Bizdə vasitələr və biliklər bu məqsədin həyata keçirilməsi üçün yetərlidir. Yalnız siyasi iradə və hər bir uşağa kömək etmək istəyi çatışmır. Uşaqlar belə bir iradənin təzahürü olmadan bu xəstəlikdən yenə də öləcəklər. Böyük xərclər çəkmədən xəstəliyin qarşısını asanlıqla almaq olar”, – deyə UNICEF-in nümayəndəsi Robin Nandi bildirib.2000-ci ildən 2015-ci ilədək vaksinasiya üzrə aparılan kütləvi kampaniya sayəsində 20,3 milyon insanın həyatını xilas etmək mümkün olub. Lakin bu hamını əhatə etməyib. Ötən il 20 milyon uşaq qızılcaya qarşı peyvənd almayıb. Təxminən 134 min uşaq bu xəstəlikdən ölüb. Efiopiya, Hindistan, İndoneziya, Nigeriya, Pakistan və Konqo Demokratik Respublikasında uşaqların yarısı peyvənd almadığı üçün onların ölüm hallarının 75 faizi qızılcanın payına düşüb. “Hər il milyonlarla uşaq peyvənd olunmur, vəziyyət tamamilə qəbuledilməzdir. Bizim etibarlı və yüksək keyfiyyətli vaksinlər bu uşaqların həyatını xilas edə bilər”, – deyə Dünya Səhiyyə Təşkilatının (DST) nümayəndəsi Jan-Mari Okva-Bele bəyan edib. O bildirib ki, bu il Şimali və Cənubi Amerika qızılcadan azad bölgələr elan edilib. Son illərdə dünyanın bir çox ölkələrində uşaqların qızılca əleyhinə peyvəndlə əhatə səviyyəsi xeyli azalıb. Ekspertlər əmindirlər ki, məhz bu tendensiya Misir, Efiopiya, Almaniya, Qırğızıstan və Monqolustanda qızılca xəstəliyinin baş verməsinə gətirib çıxarıb.xeber100.com

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05