ABŞ xüsusi xidmət orqanları ölkənin yeni seçilmiş prezidenti Donald Tramp və vitse-prezidenti Maykl Pens üçün brifinq keçiriblər. “ABC News” xəbər verir ki, Tramp və Pens brifinq zamanı ABŞ xüsusi xidmət orqanlarının məxfi materialları ilə tanış olublar. Xəbərə görə, analoji məlumatlar hər gün hazırkı prezident Barak Obamaya təqdim olunur. Bu tip məlumatlar “prezident rezümesi” adlandırılır.Telekanal qeyd edir ki, əgər Tramp istəyərsə, ona hər gün məxfi məlumatlar təqdim edilə bilər. Həmçinin qeyd olunur ki, Trampa təqdim ediləcək məxfi məlumatları Obama özü müəyyən edir. Məmurların sözlərinə görə, Obama ona təqdim edilən “rezümenin” tam mətninin Trampa da verilməsinə dair göstəriş verib.Bu prosedur hakimiyyətin yeni administrasiyaya ötürülməsinin sürətləndirilməsi üçün həyata keçirilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…