Baş prokuror vətəndaşları qəbul edəcək

18 Noyabr 2016 14:44

Xəbər 939 dəfə oxunub

Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Baş prokuror Zakir Qaralov noyabrın 25-də saat 10:00-da Şabran rayon prokurorluğunun inzibati binasında Şabran, Quba, Qusar, Xaçmaz və Siyəzən rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.Baş Prokurorluğun mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid müraciətlərinə baxılacaq.xeber100.com

Oktyabrın 3-də Beyləqan şəhəri ağır artilleriyadan atəşə tutulub

Oktyabrın 3-də Ermənistan silahlı qüvvələri Beyləqan şəhərini ağır artilleriyadan atəşə tutub.Azərtac-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, düşmənin atdığı top mərmiləri nəticəsində dinc sakinlərdən ölən və yaralanan var, evlər dağıdılıb, infrastruktura zərər vurulub. 1976-cı il təvəllüdlü şəhər sakinləri İsmayılova Zülfiyyə İsgəndər qızı və bacısı 1998-ci il təvəllüdlü Əsədova Arzu İsgəndər qızı yaşadıqları evə çoxsaylı top mərmilərinin düşməsi nəticəsində dağıntılar altında qalaraq həlak olublar. Eyni zamanda, şəhərin müxtəlif yerlərinə düşmüş top mərmilərinin qəlpələrindən 1982-ci il təvəllüdlü şəhər sakinləri Balakişiyev Etibar Təvəkkül oğlu və 1969-cu il təvəllüdlü Bəşirova Sevda Yaşar qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib, çoxsaylı yaşayış evlərinə külli miqdarda ziyan dəyib.Qeyd edək ki, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirən təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyinin bilavasitə göstərişi ilə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində həlak olmuş şəxslərin sayı 22-yə, xəsarət alanların sayı isə 74-ə çatıb. Bundan başqa, Ermənistanın ordusunun intensiv ağır artilleriya atəşi nəticəsində 248 evə və 49 mülki obyektə ciddi ziyan dəyib.xeber100.com

Oktyabr 4, 2020 19:17

Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaş qəbulu keçirib

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) rəhbərliyi Göyçay və Ucar rayonlarında vətəndaş qəbulu keçirib.Komitədən Azərtac-a bildirilib ki, komitə sədri Kərəm Həsənov iyulun 13-də Göyçay rayonunun Heydər Əliyev Mərkəzində, sədr müavini Rüstəm Şahbazov isə Ucar rayonunda vətəndaşlarla görüşüb.Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq struktur bölmə rəhbərlərinin iştirakı ilə keçən qəbulda K.Həsənov tərəfindən bütün müraciətlər diqqətlə dinlənilib. Əksər məsələlər elə yerindəcə öz müsbət həllini tapıb. Digər müraciətlər nəzarətə götürülüb və qısa zamanda, qanunvericiliyə uyğun şəkildə həll olunması ilə bağlı komitə sədri tərəfindən göstərişlər verilib. Səsləndirilən bir neçə müraciətin komitənin fəaliyyət istiqamətinə aid olmaması vətəndaşlara izah edilib və digər qurumlara göndərilməsi üçün qeydiyyata alınıb.Komitə rəhbərliyinə ünvanlanan müraciətlərin mövzuları əsasən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlaklarının özəlləşdirilməsi, torpaqlardan faktiki istifadə qaydaları ilə bağlı olub. Eyni zamanda, torpaqların kadastr uçotuna alınması, ölçülərinin müəyyən olunması, hərraclarda iştirak kimi məsələlərə aid müraciətlər də səsləndirilib.Torpaqların təyinatına uyğun istifadəsindən danışan komitə sədri bildirib ki, bu istiqamətdə qanunvericiliyə riayət olunması ilə bağlı tədbirlər gücləndirilib.xeber100.com  

İyul 13, 2019 14:25

“Azəriqaz” İB-nin rəhbərliyi vətəndaşların müraciətlərini dinləyib

Vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, iyulun 4-də “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev Lənkəran şəhərində, birliyin baş direktorunun müavinləri Ramil İsgəndərov Astara, Ruslan Əliyev isə Masallıda vətəndaş qəbulu keçiriblər.Birlikdən Azərtac-a bildirilib ki, qəbulda Lənkəran, Lerik, Astara, Masallı və Yardımlı rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb. Vətəndaşların müraciətlərinin əksəriyyəti yaşayış məntəqələrinin qazlaşdırılması, işə qəbul, qaz xətlərinin yerinin dəyişdirilməsi və müxtəlif məsələlərlə bağlı olub.“Azəriqaz” İB-nin rəhbərliyi hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. Birliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılması üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat, əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.xeber100.com

İyul 4, 2019 15:39

“Kapital Bank” ölkənin bir sıra regionlarında yarmarkalar təşkil edir

"Kapital Bank" ölkənin bir sıra regionlarında "BirKart" yarmarkaları təşkil edir. Yarmarkaya "BirKart"ın onlarla tərəfdaşı qoşulub və müştərilərə endirimlər, taksit imkanları və digər güzəştlər təqdim edir. Yarmarkanı keçirməkdə məqsəd "BirKart" almaq istəyən müştərilərin və taksit layihəsinə qoşulan sahibkarların müraciətlərini qəbul edib, onları müvafiq filiallara yönəltmək, həmçinin müştərilərə partnyorlarda olan sərfəli şərtlər barədə məlumat verməkdir.Yarmarka may ayı ərzində 3 marşrut xətti üzrə bir sıra regionlarda keçiriləcək: Gəncə, Tovuz, Yevlax, Ağdaş, Şirvan, Ağcabədi, Quba, Qəbələ, Göyçay, Şəki, Zaqatala, Mingəçevir, Bərdə, İmişli, Masallı, Lənkəran və Astara.Qeyd edək ki, "BirKart"ın 3 növü var – taksit, taksit/cashback və taksit/miles. "BirKart" bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5 faizdən 30 faizədək “Cashback” imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur.Bu kartları məvacib və təqaüdünü "Kapital Bank"dan almayan şəxslər də əldə edə bilər. Bunun üçün yaşı 18-dən yuxarı olan müştərilər həm "BirKart BOKT" MMC filiallarına, həmçinin "Kapital Bank"ın istənilən digər filiallarına müraciət edə bilərlər.xeber100.com

Aprel 29, 2019 12:20

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə…

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Sədərək rayonunda növbəti əmək yarmarkası təşkil olunub.Nazirlikdən Azərtac-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən rayon Məşğulluq Mərkəzinin direktoru Həsən Nəsirov muxtar respublikada həyata keçirilən məşğulluq tədbirlərindən danışıb. Bildirib ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası istiqamətində həyata keçirilən tədbirlər muxtar respublikada yeni iş yerlərinin açılmasına, əmək ehtiyatlarının iqtisadi fəallığının yüksəldilməsinə öz töhfəsini verir.Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini Səfər Hüseynov vurğulayıb ki, muxtar respublikada əmək bazarının təkmilləşdirilməsi, iqtisadi fəallığın yüksəldilməsi istiqamətində mühüm işlər görülür. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, sərhəd bölgəsi olan Sədərək rayonunda da əhalinin məşğulluğu təmin olunub, ötən dövrdə bu sahədə uğurlu nəticələr əldə edilib.Sonra tədbir iştirakçıları əmək yarmarkasına çıxarılmış boş iş yerləri ilə tanış olublar. 8 təşkilatdan 86 boş iş yerinin çıxarıldığı tədbirdə 13 nəfərə işə göndəriş verilib.xeber100.com

Aprel 15, 2019 12:50