Avropa Parlamenti Türkiyənin Avropa İttifaqı (Aİ) ilə apardığı müzakirələrin müvəqqəti olaraq dondurulmasını tövsiyə edən və hüquqi qüvvəsi olmayan qətnamə qəbul edib. Anadolu informasiya agentliyi xəbər verir ki, bu gün Avroparlamentin Strasburqda keçirilən plenar sessiyasında səsverməyə çıxarılan qətnamənin əleyhinə 37, lehinə isə 479 parlamentari səs verib. Bu qərar ölkədə 15 iyul dövlət çevrilişi cəhdindən sonra yaranmış vəziyyət və fövqəladə rejimin tətbiqi ilə əsaslandırılır. Həmçinin üzvlük müzakirələrinin yenidən başlanmasının şərti kimi fövqəladə vəziyyətin ləğvi məsələsi irəli sürülür, Avropa Parlamentinin və Avropa Birliyinin çevriliş cəhdini kəskin surətdə qınadığı bildirilir. Bir qədər əvvəl Rəcəb Tayyib Ərdoğan qəbul olunması gözlənilən bu qətnamənin Türkiyə üçün heç bir əhəmiyyət daşımadığını bəyan etmişdi. Türkiyə ilə Avropa Birliyi arasında üzvlülük müzakirələri mövzusunun Aİ liderlərinin dekabrda keçiriləcək sammitində gündəmə gəlməsi gözlənilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…