Yaponiyanın paytaxtında dördtərəfli danışıqlar zamanı 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunları ilə bağlı xərclərin azaldılması məqsədilə aparılan müzakirələrdə avarçəkmə və üzgüçülük üzrə iki yeni obyektin inşası barədə razılıq əldə olunub. Voleybol yarışları üçün yeni obyektin inşası təklifindən isə imtina edilib.Noyabrın 30-da təşkil olunan görüşdə Tokio şəhər qubenatoru, Olimpiadanın təşkilat komitəsinin sədri, Olimpiadaya hazırlıq üzrə əlaqədar dövlət naziri və Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti iştirak ediblər.İştirakçılar əvvəlcədən nəzərdə tutulduğu kimi, Tokionun dəniz sahilində avarçəkmə üzrə yeni obyektin inşası barədə razılıq əldə etsələr də, onun inşası üçün xərclərin azaldılması qərara alınıb. Tokio qubernatoru Yurike Koike həmin yarışların 2011-ci il zəlzələsi zamanı zərərçəkən Miyaqi prefekturasındakı hazır obyektdə keçirməyi təklif edirdi.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…