Dekabrın 4-də Avstriyada təkrar prezident seçkiləri keçirilib. Bu, son səkkiz ayda üçüncü prezident seçkisidir.Seçkidən əvvəl əhali arasında aparılan sorğunun nəticələrinə görə, Yaşıllar partiyasının dəstəklədiyi müstəqil namizəd Aleksandr Van der Bellen və sağçı-radikal Avstriya Azadlıq Partiyasının (FPÖ) namizədi Norbert Hofer arasında gedən mübarizədə şanslar bərabərdir.Bu il mayın 22-də keçirilən prezident seçkilərinin ikinci turunda namizədlər arasında səs fərqi çox cüzi olmuşdu. A.Van der Bellen 30 min 863 səs çoxluğu ilə qələbə qazansa da, FPÖ Konstitusiya Məhkəməsinə şikayət edərək, 70 minədək seçki vərəqəsinin düzgün hesablanmadığını əsaslandıra bilmiş və seçkinin nəticəsinin ləğv edilməsinə müvəffəq olmuşdu. Oktyabrın 2-nə təyin olunmuş təkrar prezident seçkiləri isə məktubla səs verən seçicilərə göndərilən zərflərdə texniki nasazlığın müəyyən edilməsi üzündən dekabrın 4-ə təxirə salınmışdı.Seçkilər 6,4 milyon Avstriya vətəndaşı səsvermə hüququna malik olsa da, səsvermədə fəallıq gözlənilmir. Səkkiz ay davam edən yorucu seçki kampaniyası sanki namizədlərlə bərabər seçicilərdən də yan keçməyib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…