Dekabrın 20-də Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində cari ilin yekunları ilə əlaqədar hesabat xarakterli mətbuat konfransı təşkil olunub.Azərtac xəbər verir ki, tədbirdə Analitik Ekspertiza Mərkəzinin (AEM) mütəxəssisləri və şöbə müdirləri jurnalistlərin suallarını cavablandırıblar.Bildirilib ki, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, ölkəmizdə istehsal olunan və ya ölkəyə idxal olunan dərman vasitələrinin istifadə təlimatları Azərbaycan dilində olmalıdır. Bununla əlaqədar yanvar ayının 1-dən istifadə təlimatı Azərbaycan dilində olmayan dərman vasitələrinin idxalı qadağan edilib.AEM-in dərman vasitəsinin istifadə təlimatı üzrə eksperti istifadə təlimatının əhəmiyyətindən, onun daşıdığı informasiyadan, habelə istifadə təlimatının istehlakçının dərman vasitəsindən düzgün istifadə etməsi üçün zəruri məlumatları özündə əks etdirən mühüm vasitə olmasından danışıb. Vurğulayıb ki, dərman vasitəsindən düzgün istifadə edilməsi onun müalicəvi effektini təmin edən əsas şərtlərdəndir. Bunun üçün də istifadə təlimatının Azərbaycan dilində olması zəruridir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…