Gəncə şəhəri ilə Bolqarıstanın Varna şəhəri arasında əməkdaşlığa dair xartiya imzalanıb.Azərtac xəbər verir ki, ölkəmizdə səfərdə olan Varna şəhərinin meri İvan Portnihin rəhbərlik etdiyi nümayəndə heyətinin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı E.Vəliyev ilə görüşündə qonaqlara Gəncənin tarixi, müasir infrastrukturu, sənaye potensialı və turizm imkanları barədə ətraflı məlumat verilib.Bildirilib ki, Gəncə 2016-cı ildə Avropanın Gənclər Paytaxtı (AGP) titulunu qazanıb. İl ərzində bu layihə çərçivəsində 250-dən çox yerli və beynəlxalq tədbir, müxtəlif müsabiqələr, seminarlar, konfranslar, təlimlər və sərgilər təşkil olunub. Varna şəhərinin meri İ.Portnih il ərzində AGP adını layiqincə daşıyan və layihəyə yüksək səviyyədə ev sahibliyi edən Gəncə kimi qədim, eyni zamanda, müasir infrastruktura malik şəhərdən bu titulu qəbul etdiklərinə görə sevincli və bir o qədər də məsuliyyətli olduğunu bildirib.Sonda iki şəhər arasında gələcək əməkdaşlığa dair xartiya imzalanıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…