Avropa Komissiyası Niderlandda Ukrayna ilə Aİ arasında imzalanmış assosiasiya sazişi ilə bağlı keçirilən referendumun nəticələrindən asılı olmayaraq apreldə bu ölkə ilə vizasız rejimin tətbiqini təklif edəcək.
APA-nın məlumatına görə, bu barədə “Reuters” Aİ-dəki yüksək vəzifəli şəxsə istinadən yazıb. Mənbə bildirib ki, bu, Niderland vətəndaşlarının fikrinə məhəl qoymamaq kimi görünsə də, Aİ Kiyevə verdiyi vədi yerinə yetirməlidir. O əlavə edib ki, Avropa Komissiyası öz təklifinə miqrant axını zamanı viza rejiminin müvəqqəti bərpasını nəzərdə tutan qoruyucu maddə daxil edəcək. Xatırladaq ki, Niderlandda keçirilən Ukrayna ilə Aİ arasında assosiasiya haqqında sazişin ratifikasiyasına dair referendumda 38,1 faiz əhali lehinə, 61,1 faizi isə əleyhinə səs verib. xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…