Qucağında uşaq olan suriyalı qaçqına badalaq vurmuş N1TV özəl internet-telekanalının jurnalisti Petra Lasloya üç il şərti həbs cəzası verilib. Hökmü Macarıstanın Seqed şəhər məhkəməsi çıxarıb. Hadisə 2015-ci ildə ölkənin Serbiya sərhədi yaxınlığında – Macarıstanın cənubunda qaçqın qəbulu məntəqəsi yanında baş verib. Videoyazıda qucağında uşaq tutan suriyalıya jurnalistin necə badalaq vurması və bunun nəticəsində kişinin yıxılması aydın görünür. Videoçarx “YouTube” portalında yerləşdirilib və böyük əks-səda doğurub Petra Laslo işdən azad edilib, 2016-cı ilin sentyabrında isə Seqed şəhər prokuroru onun haqqında xuliqanlıq ittihamı üzrə istintaq işinə başlayıb.Jurnalist üzr istəyərək öz hərəkətinin səbəbini təlaş içində olması, ona tərəf qaçan insan izdihamından qorxması ilə izah edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…