Son günlərdə sosial şəbəkələrdə yaranan aktivlik saxta hesabların yaradılmasına və bununla yanaşı, spam mesajlar vasitəsilə ziyanverici proqramların yayılmasına gətirib çıxarıb. Elektron Təhlükəsizlik Mərkəzindən APA-ya verilən məlumata görə, saxta hesablardan ünvanlanan keçidlərə kliklədikdə qurğuların əməliyyat sistemlərinə daxil olan ziyanverici proqramlar istifadəçilərin adından saxta hesabların yaradılması, əxlaqa zidd paylaşımlar edilməsi, istifadəçinin dostlarının kompüterini yoluxdurmaq məqsədi ilə onlara spam mesajlar göndərməsi və s. ilə nəticələnə bilər.”Odur ki, naməlum şəxslərdən gələn keçidləri klikləməməyiniz, sosial şəbəkədə dövlət orqanlarına, ictimai-siyasi xadimlərə məxsus səhifələrin həqiqiliyinə əmin olmağınız tövsiyə olunur. Saxta hesab etdiyiniz hesablarla bağlı sosial şəbəkə inzibatçılarına məlumat verin. Bununla yanaşı, veb-sayt rəhbərlərinin və ya idarəedicilərinin veb-saytlarda təhlükəsizlik tədbirlərini həyata keçirmələri, boşluqları aradan qaldırmaları tövsiyə olunur”, – deyə məlumatda bildirilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Messi influenzato…
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
“Вниз по течению”…