İtaliyanın Mülki Müdafiə Departamentinin məlumatına əsasən Roma şəhərindən 110 kilometr məsafədə ard-arda üç güclü yeraltı təkan qeydə alınıb. Bu zona 2016-cı il avqustun 24-də 300 nəfərin ölümü ilə nəticələnən zəlzələyə məruz qalmışdı.Rusiyanın NTV telekanalı xəbər verir ki, təbii fəlakət nəticəsində həlak olanlar və ya xəsarət alanlar barədə məlumat yoxdur. Lakin yerli KİV-lər ötən zəlzələ zamanı ciddi dağıntılara məruz qalan Amatriçe şəhərində yeni torpaq sürüşmələri və dağıntıların meydana gəldiyini yazır.Milli Geofizika və Vulkanologiya İnstitutunun məlumatına əsasən, 5,3 bal gücündə ilk zəlzələnin ocağı yerin 10 kilometr dərinliyində yerləşib. Yeraltı təkanlar bir sıra mərkəzi vilayətlərdə – Latsio, Marka, Abrutso, həmçinin İtaliyanın paytaxtında hiss olunub. Roma metrosunun A və B xətlərində sərnişinlər təxliyə edilib.Bu arada Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi İtaliyanın mərkəzində 5,7 və 5,5 bal gücündə təkrar təkanların qeydə alındığı barədə məlumat yayıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…