Latviya Seymi donuzlar arasında Afrika taununun yayılması ilə əlaqədar aprelin 17-nə qədər respublikanın üç bölgəsində fövqəladə vəziyyətin elan olunması haqqında hökumətin qərarını səs çoxluğu ilə təsdiq edib.Azərtac xəbər verir ki, Riqa yaxınlığında yerləşən Adaji, Salaspils diyarlarında, habelə Krimulda diyarında, bu il ilk Afrika taunu ocağının qeydə alındığı iri kəndli təsərrüfatlarından birində fövqəladə vəziyyət elan olunub. Bu fermada saxlanılan 5 min baş donuzun hamısı məhv ediləcək.Donuzlar arasında Afrika taunu epidemiyası son bir neçə ildə Latviya ərazisinin, demək olar, yarısını əhatə edərək Riqaya yaxınlaşıb.Afrika taunu və ya Montqomeri xəstəliyi ilk dəfə 1903-cü ildə Cənubi Afrikada qeydə alınıb. Virus insan üçün qorxulu olmasa da, çöl və ev donuzları üçün çox təhlükəlidir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…