Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyinin (QADİB) hərbçiləri Qambiyaya zərbələr endirməyə başlayıb.“Reuters” agentliyinin məlumatına görə, hərbi əməliyyat Qambiyada “Demokratiyanın bərpası” çərçivəsində həyata keçirilir. Seneqal ordusunun nümayəndəsi polkovnik Abdu Ndiaye zərbələr haqqında ətraflı məlumat verməyib. O, kontingentin quru, hava və dəniz qüvvələrindən ibarət olduğunu bildirib.BMT Təhlükəsizlik Şurası Qambiyanın yeni prezidentinə səlahiyyətlərinin təhvil verilməsinə əmin olmaq üçün “lazımi tədbirlər görmək” barədə Seneqalın təqdim etdiyi qətnaməni qəbul edib. Qambiyanın yeni seçilmiş dövlət başçısı Adama Barrou rəsmi olaraq vəzifəsinin icrasına Qambiyanın Seneqalın paytaxtı Dakardakı səfirliyində başlayıb.Qeyd edək ki, Qambiyada siyasi böhran 2016-cı ilin dekabrında ölkə prezidenti Yəhya Cammenin seçkilərin nəticələrini tanımadığını bəyan etməsindən və postunu tərk etmək istəməməsindən sonra başlayıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…