Amerikalı və irlandiyalı alimlərin proqnozuna görə, yüzlərlə böyük şəhərlərin Yer üzündən silinməsinə səbəb olacaq dünya okeanı səviyyəsinin qorxulu yüksəlişi geoloji ölçülərə görə yaxın vaxtda – bir neçə yüz ilə baş verəcək.Bu barədə məlumat “Science” jurnalında yazılıb.Təxminən 116-129 min il əvvəl olmuş buzlaşmalararası sonuncu böyük dövrdə dünya okeanı səthinin temperaturu təxminən indiki səviyyədə olub. Hələ o zaman dünya okeanının səviyyəsi indikindən 6-7 metr çox qalxmışdı.Lakin bəzi ekspertlər Arktika buzlarının daha tez – 2030-2050-ci illərdə tamamilə yox olacağını bildirirlər. Nəticədə ABŞ-ın Atlantik okeanı sahilləri, Uruqvay, Peru, Niderland və Danimarkanın sahilyanı əraziləri su altında qala bilər. Dünya xəritəsindən London, Venesiya, İsgəndəriyyə və Qahirə silinəcək.Alimlər müvafiq proqnozları istixana qazlarının mənfi təsiri və qlobal istiləşmə təhlükəsi ilə əlaqələndirirlər.Xatırladaq ki, buzlaşma Yerin geoloji tarixində dövri təkrarlanan və bir neçə milyon ilədək davam edən dövrdür. Həmin dövrdə materiklərdə buz örtükləri çoxalır, sonra isə onların əriməsi prosesi başlayır. Ekoloqların çoxunun proqnozuna görə, məhz buzlaşma dövrünün gəlməsi planeti qlobal istiləşmədən xilas edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Messi influenzato…
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
“Вниз по течению”…