“Microsoft” korporasiyası “Windows 10” əməliyyat sistemi üçün “Windows Defender Security Center” (“Təhlükəsizliyin təminatı mərkəzi”) interfeysini nümayiş etdirib. Yeni komponent fərdi kompüterlərin mühafizə variantlarına baxmağa və idarə etməyə imkan verir. “DailyComm” resursu xəbər verir ki, interfeysdə “Virus və təhlükələrdən mühafizə”, “Qurğunun məhsuldarlığı və iş qabiliyyəti”, “Şəbəkə brandmaueri (şəbəkələrarası ekran) və mühafizəsi”, “Əlavələr və brauzerin idarə edilməsi”, “Ailəvi funksiyalar” bölmələri yer alıb.Bundan başqa, “Təhlükəsizliyin təminatı mərkəzi”ndə son “Windows” yenilənmələrinə, proqram təminatına, noutbukun və məlumat saxlancının avtonom iş vaxtına, şəbəkə qoşulmaları haqqında informasiyaya və şəbəkələrarası ekran funksiyalarına baxmaq, brauzer və digər proqramlarda funksiyaları dəyişmək, eləcə də valideyn nəzarəti funksiyasını quraşdırmaq və proqram alışlarını idarə etmək olar.”Windows Defender Security Center” interfeysinin “Windows 10” sistemində bu ilin aprelində işıq üzü görəcək “Creators Update” yenilənməsi ilə birlikdə quraşdırılacağı gözlənilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…