Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzində intihar və böhranlı vəziyyətlərin aradan qaldırılması mövzusunda mətbuat konfransı keçirilib.Azərtac xəbər verir ki, mərkəzin psixoloji yardım şöbəsinin müdiri K.Talıbovanın sözlərinə görə, ötən il ölkədə 327 tamamlanmış intihar faktı qeydə alınıb ki, bu da 2015-ci illə müqayisədə azalma olduğunu göstərir. Belə ki, 2015-ci ildə bu rəqəm 515 olub.Bundan əlavə 2016-cı ildə tamamlanmamış suisidlər (intihara cəhd) də olub ki, onların sayı 470 nəfərdir.Bütün dünyada olduğu kimi Azərbaycanda da intihar və ya intihara cəhd halları qlobal problemlərdən biridir, deyən psixiatr ölkəmizdə intiharların sayının kritik vəziyyətdən aşağı olduğunu qeyd edib. Bildirilib ki, bu gün dünyada orta intihar faktlarına hər 100 min nəfərdən yeddisində rast gəlinirsə, Azərbaycanda bu rəqəm təxmini hər 100 min nəfərdən beşi olaraq qeydə alınır.İntiharların səbəbləri barədə danışan K.Talıbova bura fizioloji, psixoloji, sosial və genetik faktorların böyük rol oynadığını qeyd edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…