Yaponiya və ABŞ hökumətləri Baş nazir Şinzo Abe ilə Prezident Donald Trampın fevralın 10-da Vaşinqtonda keçiriləcək görüşü ilə bağlı hazırlıq işlərini başa çatdırırlar. Bu barədə yanvarın 26-da “Yomiuri” qəzeti diplomatik mənbələrə istinadla məlumat yayıb.Məlumatda qeyd edilir ki, görüş zamanı tərəflər D.Trampın ABŞ-ın Trans-Sakit Okean Tərəfdaşlığı (TPP) üzrə razılaşmadan çıxması barədə imzaladığı sərəncamdan sonra onun gələcək taleyi haqda müzakirələr aparacaqlar. Razılaşmaya əsasən, TPP çərçivəsində Asiya-Sakit Okean regionunda azad ticarət zonasının yaradılması nəzərdə tutulurdu. Dünya iqtisadiyyatının 40 faizi və ticarətin üçdə biri bu regionun payına düşür.Liderlərin görüşündə dünya iqtisadiyyatı və təhlükəsizlik məsələlərinin müzakirə olunacağı da bildirilir.Vaşinqtonda baş tutacaq görüşə qədər tərəflər arasında telefon danışığının olacağı da gözlənilir. Telefon danışığı zamanı görüşün bütün detallarının dəqiqləşdiriləcəyi bildirilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…