Bu gün Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin təşkilatçılığı ilə tanınmış veteran jurnalistlər Eldost Bayramın 70, Tofiq Yusifovun 60 illik yubileylərinə həsr olunmuş toplantı keçirilib.MŞ sədri Əflatun Amaşov bildirib ki, rəhbərlik etdiyi qurumun başlıca fəaliyyət istiqamətlərindən biri də ömrünü-gününü Azərbaycan jurnalistikasına həsr etmiş dəyərli sənət adamlarının yubileylərinin keçirilməsi, onlarla bağlı əlamətdar günlərin yada salınmasıdır. Şuranın Ahıl Jurnalistlər Məclisi də məhz bu məqsədlə yaradılıb. Çıxış edənlərdən Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin dekanı, İctimai Yayım Şurasının sədri Cahangir Məmmədli, «Xalq qəzeti»nin baş redaktor müavini Tahir Aydınoğlu, tanınmış diktor, xalq artisti Əli Məmmədov, veteran jurnalistlər – İntiqam Mehdizadə, Bəbir Hüseynov, Şəddat Cəfərov və başqaları hər iki yubilyarın ömür yolundan söz açaraq xatirələrini bölüşüblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Messi influenzato…
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
“Вниз по течению”…