“…Rəhmətlik atam çox zəhmli kişi idi. O, mənim aktrisa olmağımı istəmirdi. Ailədə məni daha çox həkim kimi görmək istəyirdilər. Lakin içimdə olan istedadı gizlətmək mümkün deyildi. Atamı birtəhər yola gətirdik. Sənədlərimi Dövlət Mədəniyyət və İncəsənət Universitetinə verdim. Oranı bitirəndən sonra S.Rəhman adına Şəki Dövlət Teatrında 10 ilə yaxın aparıcı aktrisa kimi fəaliyyət göstərdim”… Bu fikirlər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Rejissor və aktyor sənəti” kafedrasının professoru, tamaşaçılar tərəfindən yüksək mədəniyyəti, şəxsiyyəti ilə seçilən Gülşad Baxşıyevaya aiddir. Onunla çalışdığı sənət ocağında görüşdüm, nostalji hisslərlə keçmişə boylandıq və nəhayət bu müsahibəni ərsəyə gətirdik.
-Sənətin sirrini Mehdi Məmmədov kimi bir ustaddan almaq özü böyük məsuliyyətdir. Bəlkə də bu məsuliyyət yükünün nəticəsidir ki, sənətdə olduğunuz bu illər ərzində sənətkar kimi daima özünüzə qarşı tələbkar olmusunuz…
-Bizim dövrdə sənətkarlara əlçatmaz bir qüvvə kimi baxılırdı…Mehdi Məmmədov, Adil İsgəndərov, Tofiq Kazımov, Rza Təhmasib və b. ustadlar hər mənada sənətin zirvəsi hesab olunurdu, onlardan sənəti öyrənmək həqiqətən böyük məsuliyyət idi. Onlar möhtəşəm sənətkarlar idi, çox əlçatmaz idilər. Hətta o qədər ülvi insanlardı ki, onlarla söhbət edərkən belə çəkinirdik, həddimizi bilirdik. Təsəvvür edin ki, Həsənağa Salayev, Barat Şəkinskaya, Hökümə Qurbanova, Leyla Bədirbəyli, Hamlet Xanızadə, Hamlet Qurbanov. Səməndər Rzayev və digərlərini görəndə, onlarla danışanda bizim nitqimiz quruyurdu.
-Ustadlardan öyrəndiklərinizi sənətdə həyata keçirmək üçün hər zaman öz üzərinizdə çalışdınız. Sənətə gəldiyiniz ilk illərdə Şəki Teatrının yaranmasında göstərdiyiniz 10 illik fəaliyyət buna canlı misaldır…O illəri necə xatırlayırsınız?
-O illərdə yeni teatrlar yaranırdı. Yaxşı yadımdadır ki, bizdən əvvəlki aktyor kursunu yenicə yaranmaqda olan Lənkəran Teatrına göndərmişdilər. Bizim kursumuz isə təyinatla Şəki teatrına göndərildik. Şəki Teatrında Hüseynağa Atakişiyev, İbrahim Əlizadə, Mirzə Ağayev və b. bərabər çalışdıq, sonralar Cahangir Novruzov, Şukufə Yusifova da gəlmişdi, bizr sözlə, Şəki Teatrının bir teatr olaraq formalaşamasında rolumuz oldu. 10 il ərzində Şəki Teatrının səhnəsində bir-birindən fərqlənən 28 qadın obrazı oynadım. Doğrudur, asan tərəfdən baxdıqda bəlkə 10 il az görünə bilər, ancaq nəzərə alsaq ki, bu illər ərzində Şəki Teatrının özünəlayiq yer tutması üçün necə var qüvvəmizlə, enerjimizlə çalışdıq, sanki 20 illik zəhmət sərf etdik. Bunu mən demirəm, bu bizim fəaliyyətimizi izləyən insanların fikridir. Gecəmizi-gündüzə qatdıq, rahat yuxu nədir bilmədik, hətta övladlarımız məhz belə bir rejimdə dünyaya gəlirdi, onları teatrda böyüdüb boya-başa çatdırdıq və nəticədə Şəki Teatrı kimi bir teatrı ərsəyə gətirdik. Biz doğrudan da fədailər idik, sənətə baxışız fərqli idi, təmənnasız idi. Yeganə istəyimiz sənətdə, səhnədə olmaq idi. Ancaq hazırda hər şey dəyişib…
-SSRİ dövründə dünya ölkələrinin keçirdiyi festivallara qatılmaq o qədər də asan məsələ deyildi, ancaq siz bu şansı qazana bilmisiniz.
O zaman SSRİ–də keçirilən ADR, Macar, Bolqar dram sənəti festivalların, ümumiyyətlə götürdükdə isə bütün festivalların iştirakçısı olmuşam. 1981-ci ildə Macar festivalında oynanılan Ş. Petefenin “Pələng və kaftar” tamaşasında Predslava roluna görə “Qadın rolunun ən yaxşı ifaçısı” diplomuna layiq görüldüm. 26 yaşımda belə bir rolda oynamağım Macarıstandan gələn nazirlik nümayəndələrini təəccübləndirmişdi. Əvvəlcə elə bilmişdilər ki, Predslava rolunu oynayan qadln yaşlı sənətkarlardandır, hətta “Nə yaxşı sizin belə möhtəşəm, qocaman sənətkarlarınız var” deyə ovrazı təriflədilər. Ancaq biləndə ki, mənim sadəcə 26 yaşım var və qrimlə yaşlı görünüşə salınmışam o zaman diqqətlə gözlərimə baxdı və qrim arxasından baxanga gənc üzü sezdi. Demək istədiyim odur ki, fədai kimi çalışmağımızın nəticəsi olaraq daima diqqətdə dayanırdıq.
-Şəki Teatrında sizləri SSRİ məkanında tanıdan tamaşaları hazırlayan Hüseynağa Atakişiyev kimi rejissorun varlığı da siz aktyorların şansı idi…
-Bu danılmaz bir faktdır. Hüseynağa Atakişiyevin üslubu, rejissor yozumu daima Azərbaycan teatrında xüsusuilə diqqətdə dayandı. Aktyor oyununu qurmaqda, səhnə əsərinə fərqli üslubda yanaşmaqda tayı bərabəri yox idi, o bir fenomen idi, sənət aşiqi idi, onu sənətdən başqa heç bir şey maraqlandırmırdı. Bunun nəticəsidir ki, o, istər Şəki Teatrında, istərsə də sonradan yaratdığı Gənclər Teatrında hazırladığı səhnə əsərləri ilə Azərbaycan teatrının tarixinə yazıldı.
-Fərqli qadın obrazlarında fərlqi ifa nümayiş etdirmisiniz. Teatr səhnəsində sizin oynadığınız C. Cabrarlının “Sevil” pyesində oynadığınız Sevil obrazı qadın azadlığını tərənnüm edirdisə, Vaqif Səmədoğlunun “Bəxt üzüyü” əsəri əsasında Ramiz Əzizbəylinin quruluş verdiyi eyniadlı filmdə Sara obrazı itirilən bəxtlərin axtarış carçısıdır və ya “Yalan” filmində şəhit anası obrazı hissiyyatı ilə analığın bütün müqəddəsəliyini ortaya qoyur…
-Əslində bu obrazların hər biri bizim qadınlardı, bizim qadınların problemləridir. Çox təəssüf ki, Azərbaycan filmlərində qadın obrazları hər zaman ikinci planda olur. Təsəvvür edin ki, qadın obrazları üzərində çəkilən filmlərimiz yox dərəcəsindədir. Mənə həvalə olunan qadın obrazlarını oynadığım zaman çalışıram ki, obrazın yaşadığı problemləri qabarda bilim. Doğrudur hər bir qadının problemi var, xüsusilə Azərbaycan qadınının problemləri çoxdur. Fərqi yoxdur, imkanlı və ya imkiansız, sanki qadınlarımızın həyatında nəsə düz deyil. Nəyə görə bizdə qadına yuxarıdan aşağı baxılır. Qadın onu etməlidir, qadın bunu etməlidir…Doğrudur qadının öz missiyası, kişinin də öz missiyası var. Ancaq yenə də sanki münasibət düz qurulmadığı üçün nəsə çatışmır. Çox az ailə var ki, hörmət, anlayış qarşılıqlıdır, ancaq əksər ailələrdə həyata baxış dəyişir. Bir həqiqət var ki, qonşu ölkələrdən, İran və Türkiyə qadınlarından fərqli olaraq Azərbaycan qadınları tamamilə seçilıir. Bizdə qadın anadır, fədakardır, müqəddəs bir varlıqdır, ancaq ona münasibət düz deyil. İstər ailədə, istər işdə, istərsə də cəmiyyətdə. Sara problemlər içində itib-batan bir qadındır. Ramiz Əzizbəyli film üzərində danışdığı zaman dedi ki, mən komediya çəkmirəm. Bu söz kifayət idi ki, biz aktyorlar filmin düşündürücü alınması üçün var qüvvəmizlə çalışaq. Eləcə də rejissorun quruluş verdiyi digər filmdə-“Yalan”da oynadığım Nisə obrazı oğlunu cəbhəyə göndərmiş və hissiyyatı ilə onun müharibədə həlak olacağını düşünsə də hec cür qəbul etməyərək böyük bir acıyla yaşayan qadın taleyidir.
-Nisə obrazında psixoloji məqamlar çoxdur…
-Mən də anayam və ana olmanın necə çətin olduğunu bilirəm. Əgər övladımın bir problemi varsa, mən gün ərzində öz işlərimlə məşğul olsam belə, ancaq ruhum özümdə olmur, bütün ağlım, beynim, ruhum sadəcə övladımın probleminin həlli yollarını axtarır ki, bir an öncə həll olunsun və mən də bir az rahat nəfəs alım. Söhbət sadəcə uşaq dünyaya gətirən qadınlardan getmir, bu hələ işin başlanğıcıdır, söhbət anadan gedir, övladını dünyaya gətirdikdən sonra belə onun həyatını yaşayan, onu bir insan kimi, vətəndaş kimi yetişdirməyi bacaran qadından gedir. Şəxsən mən tələbələrimə də bi fikri hər zaman aşılayıram-Sənət öz yerində, ilk növbədə Azərbaycan vətəndaşı, əsl insan yetişdirmək lazımdır-Əgər mənim insanlığım olmasa, o zaman hansı aktyor sənətindən danışa bilərəm ki?! İlk növbədə insan olmaq gərək. Oynadığım rollarda belə obrazın kimliyinə xüsusi diqqət yetirirəm. Ümumiyyətlə obrazla tanış olunca öncə onun kim olmasını bilmək vacibdir.
-Obrazlarınız içində Eldar Quliyevin quruluş verdiyi Girov” filmində oynadığınız falçı obrazı da həcm etibarilə az olsa da maraqlıdır, yaddaqalandır…
-Ümumiyyətlə götürdükdə mən obrazdan öncə ssenari ilə yaxından tanış oluram. Son zamanlar isə dəvət olduğum filmlərdə rejissorun kim olduğu ilə maraqlanıram. Fərlqi yozumu ilə tanınan rejissorların mənə həvalə etdiyi epizodik rolu də böyük həvəslə oynayıram, çünki ortada fərqli yozum var. Yeri gəlmişkən, bizdə aktyora qonorar az verilir. Digər ölkələrin aktyorları ilə müqayisədə bizim aktyorların aldığı qonorar heç nədir. Təsəvvür edin ki, qonşu ölkənin bir aktyoru dəvət olunur, ona yüksək qonorar verilir, bəs bu qiymət bizə niyə yoxdur. Hətta çox vaxt elə aktyorlar dəvət olunur ki, onlar bizizm aktyorların yanında sənətkar kimi çox cılız görünürlər. Biz öz qiymətimizi bilmirik, yoxsa özümüzə qiymət verə bilmirik, onu anlamaq mümkün deyil.
-Bu münasibət sadəcə sənət aləmində deyil, hər sahədə var. Hiss olunur ki, təqdimat yanlışdır…
-Doğrudur təqdimat yanlışdır və təqdim edən millətimizi sevməyənlərdir. Sonra da milləti qınayırlar…Bu milləti mənfi keyfiyyətlərə sürükləyən elə belələridir. Falçı obrazına gəlincə, Eldar Quliyev kimi bir rejissorlar işləmək çox maraqlıdır. Eyni zamanda Vaqif Mustafayev də fərqli quruluşları ilə fərqlənir. Qeyd edim ki, falçılar da müxtəlifdir-görücü, baxıcı və kartla baxan. Mənim oynadığm falçı hər şeyi suda baxıb görür. Bu falçının bütün ailəsi avtomobil qəzasında həlak olub. O özünü bağışlaya bilmir ki, necə olub bu faciəni görə bilməyib. Belə bir obrazdır. Daima digər ölkələrin də filmlərinə baxıram və heyran oluram. O mənada ki, bizdə aktyoru sanki çərçivədə sıxıb saxlayırlar, azadlıq vermirlər. Bilmirəm bu apparaturadan irəli gəlir, bimirəm bəlkə sadəcə belə istəyirlər, axı aktyor azad olmalıdır. Elə bil dar bir məngənədə saxlayaraq –belə dur, belə et, belə oyna- deyə sıxışdırırlar.
-Oynadığınız obrazlarda sizdən və sizdən obrazlarınızda nəsə var?
-Mən obrazları özəlləşdirə bilmərəm. Buna heç aktrisa kimi ixtiyarım yoxdur. Mən sadəcə başqalaşmalıyam, əgər bu məndə alınılrsa deməli mən peşəkaram. Oynadığım rollar mənə təcrübə verir. Çox vaxt deyirlər ki, “Bəxt üzüyü”ndə Saranı elə oynamısan ki, sanki öz həyatını yaşamısan. Bu fikirlə qətiyyən razı deyiləm, çünki mən Sara deyiləm, sadəcə onun həyatını oynayıram. Sara mütidir, Sara o qədər acizdir ki, hətta qarğış belə edə bilmir, sadəcə deyir ki, “Seda səni görüm”… və bununla da söz tıxanıb boğazında qalır, çünki bacarmır. Saradan fərqli olaraq Gülşad Baxşıyeva azadlığı sevən, sözünü deməyi bacaran, haqqını müdafiə edən biridir. Bu baxımdan deyirəm ki, bir aktrisa kimi oynadığım obrazlardan sadəcə təcrübə qazana bilərəm.
-Uzun illərdir pedaqoji fəaliyyətlə məşğul olursunuz, tələbələriniz fəxri adlarla belə təltif olunub…Həm aktyorluqla məşğul olmaq, eyni zamanda poedaqoji fəaliyyətlə məşğul olmaq…öhdəsindən necə gəlirsiniz?
ADMİU-də 1985-ci ildən “Səhnə danışığı” kafedrasında, 1994-cü ildən isə “Rejissor və aktyor sənəti” kafedrasında çalışıram. Çətin tərbiyə olunan tələbələri yetişdirməklə tanınıram, onlara bu sənəti öyrətməklə yanaşı, sevdirməyə çalışıram. Tələbə psixologiyasını yaxşı bilirəm. Ümumiyyətlə hər şeyə sevgiylə, vicdanla yanaşmaq lazımdır, belə olanda o zaman hər şeyin öhdəsindən gələcəksən. Hazırda teatrlarda, tv-lərdə, filmlərdə gördüyünüz aktyorların əksəriyyəti mənim tələbəm olub, fəxri adlar alıblar. Onların bu yerə gəlməsində əgər azacıq da olsa əməyim varsa deməli mən bu sənətdə istədiyimə nail olmuşam…
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…