Rumıniyadakı etiraz aksiyalarının miqyası səngiməyə başlasa da, nümayişlər davam edir. Euronews telekanalı xəbər verir ki, hökumət amnistiya və cinayət məcəlləsində dəyişikliklər barədə qalmaqallı qanun layihəsini geri götürmək qərarına gəlib. Buna baxmayaraq, Nazirlər Kabinetinin tam istefaya getməsini tələb edən insanlar əvvəlki kimi küçələrə çıxırlar.Fevralın 7-də axşam saatlarında Buxarestin mərkəzinə 5 min nəfər toplanıb. Bu gün isə Rumıniya parlamenti ölkə hökumətinə etimad məsələsini müzakirə etməlidir.Bu arada Rumıniya Prezidenti Klaus Yohannis Nazirlər Kabinetini sərt tənqid edib. Prezident parlamentdə çıxış edərkən böhrana rəvac verən hakim partiyanın onun həlli üçün tez bir zamanda təklif verməli olduğunu bildirib.Sosial-Demokrat Partiyasının deputatları dövlət başçısının sözlərinə etiraz əlaməti olaraq iclas zalını tərk ediblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…