Fevralın 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Mustafa Babanlı Banqladeşin Stamford Universitetinin rektoru Aşok Gupta ilə görüşüb.ADNSU-dan Azərtac-a bildiriblər ki, görüşdə M.Babanlı universitetdəki tədris prosesi və həyata keçirilən islahatlar barədə qonağa ətraflı məlumat verib. Vurğulanıb ki, universitetdə texniki yönümlü ixtisaslarla yanaşı, aktuallıq və əhəmiyyət daşıyan ixtisaslar üzrə də tədris aparılır, təcrübəyə xüsusi önəm verilir. Rektor deyib: “Bizim üçün tələbələrin təcrübə prosesini təşkil etmək olduqca vacibdir. Universitetimiz texniki profilli olduğu üçün təcrübəyə və laboratoriya dərslərinə üstünlük veririk. Son vaxtlar qeyri–neftyönümlü ixtisasların tədrisinə də yer ayırmışıq”.Görüşdə banqladeşli tələbələrin ADNSU-da təhsil almaları üçün imkanların genişləndirilməsi, birgə elmi araşdırmaların aparılması, eləcə də xarici tələbələrin yerləşdirilməsi üçün universitetin yataqxanasının tikilməsi kimi məsələlər müzakirə olunub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…