Hər il fevralın 9-da stomatoloqların peşə bayramı – Beynəlxalq Stomatoloq Günü qeyd olunur.Stomatoloq ən qədim peşələrdən biridir. Arxeoloqlar qazıntılar zamanı bu qədim sənətin nümayəndələrinin fəaliyyətlərinin çoxsaylı sübutlarını aşkar etmişlər. Qalıqlar hələ eramızdan əvvəl yeddi min il əvvələ təsadüf edir. Bayramın özü isə nisbətən gəncdir.Bu tarix təsadüfən seçilməyib. Həmin gün katolik kilsəsinin xristian şəhidi isgəndəriyyəli Apolloniya anılır. Xristianlıqdan dönməsi üçün Apolloniyaya dəhşətli işgəncələr verilib. Müqəddəs Apolloniyanın məruz qaldığı işgəncələrin atributu kəlbətin olub. Müqəddəs qadın bütün işgəncələrə davam gətirib, onu tonqalda yandırmaq ilə hədələyəndə, o, özü alovun içinə addımlayıb. Bu hadisə 249-cu il fevralın 9-da baş verib.O vaxtdan belə bir inanc yaranıb: “Santa Apollonia!” deyən kimi, dişağrısı keçir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…