Xocalı soyqırımının 25-ci ildönümü Ağcabədidə silsilə tədbirlərlə qeyd olunub.Azərtac xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbirin iştirakçıları əvvəlcə Mərkəzdə fəaliyyət göstərən “Rəsm” kursunun üzvlərinin və Ağcabədi şəhər ümumtəhsil məktəblərinin şagirdlərinin Xocalı faciəsinə həsr etdikləri rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar. Sonra Xocalı soyqırımı qurbanlarının və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Musa, Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin rəis müavini Vüqar Qədirov və başqaları tədbirdə çıxış edərək, erməni millətçilərinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri qırğının acı nəticələrindən danışıb, baş verənləri bütün bəşəriyyətə, insanlığa qarşı törədilən qanlı cinayət adlandırıblar.Çıxışlardan sonra Mərkəzdə fəaliyyət göstərən “Həvəskar aktyorluq və bədii qiraət” kursunun üzvləri “Bu dağların qoynunda yaşıl bir kənd varı idi” adlı ədəbi-bədii kompozisiya təqdim ediblər.Tədbir Xocalı soyqırımından bəhs edən sənədli filmin nümayişi ilə başa çatıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…