Ağ Evdə Prezident Donald Trampın mətbuat konfransı olub. ABŞ Prezidenti jurnalistlər qarşısında çıxışında əmək naziri vəzifəsinə yeni namizədinin – Aleksandr Akostanın adını açıqlayıb. Belə ki, əvvəlki namizəd Endi Puzder bu həftə öz namizədliyini geri götürüb. D.Tramp ABŞ-Rusiya münasibətlərini də müzakirə edib, əhatəsinin Rusiya kəşfiyyatının və hakimiyyət orqanlarının nümayəndələri ilə əlaqə saxlaması barədə fikirləri təkzib edib, Maykl Flinnin Prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsindən istefa verməsinə münasibətini bildirib.Prezident D.Tramp elan edib ki, bütün immiqrantların və yeddi müsəlman ölkəsindən (Suriya, Sudan, Somali, İraq, İran, Liviya və Yəməndən) gələnlərin ABŞ-a daxil olmalarına müvəqqəti qadağa qoyulması barədə onun fərmanının icrası Sietl federal məhkəməsi tərəfindən dayandırılandan sonra Birləşmiş Ştatların “müdafiəsinə yönəlmiş” yeni sərəncam verəcək.ABŞ Prezidenti “dezinformasiya xarakteri daşıyan materialların“ dərc olunmasına və yayılmasına görə aparıcı kütləvi informasiya vasitələrini də tənbeh edərək, həmin materialları “feyk xəbərlər” adlandırıb, Prezidentin inauqurasiyası günündən başlayan fəaliyyətinə görə administrasiyasını tərifləyib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…