Rusiya XİN rəhbəri Sergey lavrov Bonn şəhərində türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb. “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in məlumatında bildirilib. Məlumata görə, görüşdə atəşkəsin möhkəmləndirilməsi kontekstində Suriyadakı vəziyyət müzakirə olunub. “Nazirlər Rusiya-Türkiyə siyasi və iqtisadi sahələrdəki münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair əsas məsələləri müzakirə ediblər. Suriyadakı vəziyyət və beynəlxalq terrorçuluqla mübarizədə birgə addımların razılaşdırılması, atəşkəs rejiminin möhkəmləndirilməsi və siyasi nizamlanma prosesinə dəstəklə əlaqədar ətraflı fikir mübadiləsi keçirilib. Xüsusi diqqət “Astana prosesi”nə ayrılıb”, – deyə məlumatda bildirilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…