Amerikanın “C-Span” kabel televiziyası politoloq tarixçi və digər profil mütəxəssislərin tərtib etdiyi ABŞ prezidentlərinin reytinqini açıqlayıb. Səsvermənin nəticələrinə əsasən, reytinqdə ilk yeri ABŞ-ın 16-cı prezidenti Avraam Linkoln, ikinci və üçüncü yerləri müvafiq olaraq Corc Vaşinqton və Franklin Ruzvelt tutublar.TASS informasiya agentliyi xəbər verir ki, Amerika administrasiyasının bundan əvvəlki başçısı Barak Obama siyahıda yalnız 12-ci yerdə qərarlaşsa da, iqtisadi tənzimləmə sahəsində digər siyahıda 8-ci yerə layiq görülüb. Bununla yanaşı, mütəxəssislərin fikrincə Obama Konqreslə qarşılıqlı əməkdaşlıqda özünü pis göstərib və bu parametrlərə görə 39-cu olub.Ən pis göstərici isə yekun reytinqdə 33-cü yeri tutan kiçik Corc Buşa məxsusdur. O, xarici siyasət məsələlərində də özünü pis göstərərək bu sahədə 41-ci yerdə qərarlaşıb.“Amerika liderlərinin özünəməxsus xit-parad”ının tərtib olunmasında 90-dan çox tarixçi, həmçinin ABŞ-ın məşhur “beyin mərkəzlərinin” ekspertləri iştirak ediblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…