“Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən bu yardımı almaq hüququ bir yaşınadək uşağı olan aztəminatlı ailələrə verilir. Beşdən çox uşaq anası olan qadınlara isə axırıncı uşaq bir yaşına çatanda hər uşağa 30 manat məbləğində müavinət verilir.Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi A.Veysəlova Azərtac-a məxsusi müsahibəsində bildirib. “Çoxuşaqlı ailələrə dövlət yardımı haqqında” qanun layihəsində həmin ailələr üçün nəzərdə tutulan güzəştlər də var. Qanun layihəsinə əsasən, güzəştlər təhsil və səhiyyə xidmətləri ilə yanaşı, dərman ləvazimatlarını da əhatə edir.“1999-cu ilin əhalinin siyahıyaalınma məlumatlarına əsasən ev təsərrüfatlarının uşaqların sayına görə bölgüsündə “18 yaşadək uşaqları olan ailələrin sayı”nda 22,5 faiz biruşaqlı, 35,3 faiz ikiuşaqlı, 25,5 faiz üçuşaqlı, 16,7 faiz dörd və daha çox uşağı olan ailələr təşkil edirdisə, 2009-cu ildə aparılan siyahıyaalma məlumatlarına əsasən 30,1 faiz biruşaqlı, 40,3 faiz ikiuşaqlı, 19,9 faiz üçuşaqlı, 9,7 faiz dörd və daha çox uşağı olan ailələr təşkil edir. Statistika göstərir ki, bir, dörd və daha çox uşağı olan ailələrdə fərq 7-7,6 faiz, 2 və 3 uşaqlı ailələrdə isə fərq 5-5,6 faiz təşkil edir. Belə davam etsə, əhalinin növbəti siyahıyaalınmasında həmin fərq bir qədər də dərinləşə bilər”, – deyə A.Veysəlova əlavə edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…