Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisinin təşkilatçılığı ilə Xocalı faciəsi şəhidlərinin xatirəsinə həsr edilmiş uşu-sanda idman növü üzrə rayon turnirində 30-dan çox idmançı iştirak edib.Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Azərtac xəbər verir ki, turnirin açılışında çıxış edən GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı erməni millətçilərinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri qırğının acı nəticələrindən danışıb, baş verənləri insanlığa qarşı törədilən qanlı cinayət adlandırıb.Çıxışlarda gənclərin mübariz ruhda böyüməsi üçün belə idman yarışlarının keçirilməsinin əhəmiyyəti vurğulanıb.Sonra yarışa start verilib. Gərgin idman mübarizəsi şəraitində keçən turnirin sonunda qaliblərə diplom və medallar təqdim edilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…