Yaponiya hökuməti cənubi Kuril adalarında birgə təsərrüfat fəaliyyətinin konkret istiqamətlərini nəzərdə tutan planı Rusiya tərəfinə təqdim etməyə hazırlaşır.“Nikkey” qəzetinin 26 fevral tarixli nömrəsində dərc olunan həmin plana görə yaponların iddia etdiyi adaların mənsubiyyəti qeyd olunmadan, burada səhiyyə, balıqçılıq, ekologiya və turizmin inkişafı ilə bağlı konkret istiqamətlər üzrə birgə təsərrüfat fəaliyyətinin aparılması nəzərdə tutulur.Nəşrin bildirdiyinə görə, martın 18-də Tokioda keçirilməsi nəzərdə tutulan danışıqlar zamanı yapon hökuməti Cənubi Kuril adalarında birgə fəaliyyətin tərkib hissəsi olaraq Hokkaydo adasındakı həkimlər tərəfindən səhiyyə xidməti sahəsində internet vasitəsilə əlaqə də daxil olmaqla, yardım göstərməyi təklif edəcək.Turizm sahəsində əməkdaşlığa gəlincə, yapon tərəfinin fikrincə, özəl şirkətlər tərəfindən yaponiyalı turistlərin Cənubi Kuril adalarına kruizi təşkil edilə bilər. Yaponiya hökumətinin digər bir təklifinə görə, hər iki ölkənin ekoloqları da həmin ərazidə əməkdaşlıq edə bilərlər.Qəzet, həmçinin qeyd edir ki, Yaponiya ilə Rusiya arasında balıq ovu sahəsində birgə müəssisənin təşkili və dəniz məhsullarının istehsalı hər iki tərəf üçün faydalı ola bilər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…