Fevralın 28-də Bakı Dövlət Universitetində “Qorqud atadan günümüzə aşıqlıq ənənəsi” mövzusunda simpozium başlayıb.Azərtac xəbər verir ki, simpoziumda Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan və digər ölkələrdən alimlər, tədqiqatçılar və mədəniyyət nümayəndələri iştirak edirlər. Tədbirdə BDU-nun rektoru Abel Məhərrəmov bildirib ki, rəhbərlik etdiyi ali təhsil müəssisəsində hər zaman xalqımızın milli mənəvi dəyərləri, həmçinin qardaş türk xalqları ilə ortaq tariximiz və mədəniyyətimiz araşdırılır. Bu işlərin ən dəyərli nümunəsi olan “Kitabi-Dədə Qorqud” abidəsinin zəngin tarixini, onun mifologiyadan yazıya, eposdan kitaba çevrilmək qüdrətini tədqiq etmək baxımından alimlərimiz böyük işlər görüblər.Martın 1-dək davam edəcək simpoziumun bölmə iclaslarında aşıq sənəti və ənənələrinə, müxtəlif el sənətkarlarına həsr olunan mövzular ətrafında müzakirələr aparılacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…