Rusiya təbii qazının Türkiyə və Avropaya nəqlini nəzərdə tutan “Türk axını” qaz boru kəmərinin (Turkish Stream) dəniz hissəsinin tikintisinə yaxın aylarda başlanılacaq.Rusiyanın enerji nəhəngi “Gazprom” xəbər verir ki, bunu şirkətin idarə heyəti üzvü Oleq Aksyutin deyib. O bildirib ki, tikinti prosesi 2017-ci ilin ikinci yarısında başlayacaq.Xatırladaq ki, “Gazprom” “Türk axını”nın dəniz hissəsində inşa ediləcək iki boru kəmərinin tikintisi üzrə müqavilələri İsveçrənin “Allseas” şirkəti ilə imzalayıb.Qeyd edək ki, “Türk axını” ilə Rusiya təbii qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulur. Kəmərlə ümumilikdə 31,5 milyard kubmetr qazın Avropanın, qalan hissəsinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılır. Layihə üzrə hər biri 15,75 milyard kubmetr tutuma malik iki boru kəmərinin inşa edilməsi nəzərdə tutulur. İlk boru kəmərinin Türkiyəyə, ikinci kəmərin isə zəruri zəmanət təmin olunacağı təqdirdə Avropaya çatdırılması planlaşdırılır.“Gazprom” “Türk axını” layihəsinə bu il ərzində 42 milyard rubl (təxminən 704 milyon dollar) sərf etməyi nəzərdə tutur. Şirkət layihə üzrə keçən il 23,5 milyard rubl sərmayə qoyuluşu həyata keçirib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…